Türkiyənin şəhid övladları respublika velotrekində olublar

Nəsimi rayon icra hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə gerçəkləşdirdiyi layihə əsasında Bakıda səfərdə olan Türkiyə şəhidlərinin övladları respublika velotrekində olublar.

Allsport.az saytı xəbər verir ki, qonaqlar dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən velosiped muzeyi ilə tanış olub, velotrekdə qoşaçarxçılarımızın məşqini izləyib, özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.

Həmin kateqoriyadan