UCİ-nın konqresində ölkəmizi Fərhad Əliyev təmsil edib

Böyük Britaniyanın Yorkşir şəhərində beynəlxalq velosipedçilər ittifaqının188-ci konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə ölkəmizi AVİF-in baş katibi Fərhad Əliyev təmsil edib. Həmyerlimiz, həmçinin, UCİ-nın Asiya və Yaxın Şərq ölkələri üzrə texniki məsləhətçisidir.

Dünyanın ali velosiped qurumunun budəfəki Konqresi zamanı qarşıdakı 5 ildə olimpiya və qeyri-olimpiya növləri üzrə dünya çempionatlarını qəbul edəcək ölkələr təsdiqlənib, həmçinin Samoa və Maldiv Adaları velosiped federasiyaları üzvlüyü qəbul edilib. Bununla da UCİ-yə daxil olan federasiyaların sayı 196-ya çatıb.



Həmin kateqoriyadan