Ümumdünya antidopinq agentliyi Pekində ət yeməklərindən ehtiyatlı olmağı tövsiyə edir

Ümumdünya antidopinq agentliyi (WADA) qarşıdan gələn Pekin-2022 qış olimpiya və paralimpiya oyunlarının bütün iştirakçılarına Çində ət məhsullarını istehlak edərkən, həddindən artıq ehtiyatlı olmağı tövsiyə edir. Allsport.az saytı xəbər verir ki, bəzi ət məhsulları qadağan edilmiş klenbuterol ilə kontaminasiya ola bilər. Adı 2-ci çəkilən maddədə əlaqəli hallar çox vaxt klenbuterolun ətin tərkibində olması ilə bağlıdır.

Klenbuterol anabolik steroiddir və hər zaman qadağan edilmiş maddələr qrupuna aiddir. Pekin oyunları zamanı idmançılara yalnız yarış təşkilatçılarının icazə verdiyi yerlərdə qida qəbul etmək tövsiyə olunur. İdmançılara təmin edilən qidada ətin qadağan olunmuş maddələrlə kontaminasiya olmaması olduqca vacibdir.

İdmançılar nə etməli?
– Yalnlz etibarlı mənşəyi olan ət istehlak edilməlidir (məsələn, Olimpiya kəndi, otel və s.)
– Küçədə satılan yeməklərdən uzaq durulmalıdır.
– Qeyri-adi və ya ekzotik ət məhsulları yeməkdən çəkinilməlidir.
– Ətin mənşəyinin qida təhlükəsizliyi və keyfiyyət standartlarını nümayiş etdirən sənədləri tələb edilməlidir.

İdmançı unutmamalıdır ki, ciddi məsuliyyət prinsipinə görə idmançının bədənində aşkarlanan qadağan edilmiş maddəyə görə məsuliyyəti o özü daşıyır.

Həmin kateqoriyadan