VİDEO
“Vətən yaxşıdır” mahnısının jest dili ilə ifası

Yanvarın 20-si “Şəhidlər unudulmur!” mövzusunda onlayn seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, görüşdə Milli məclisin deputatı Müşfiq Cəfərov, gənclər və idman nazirliyinin əməkdaşı Pərvin Mehdiyev, Azərbaycan idman jurnalistləri federasiyasının prezidenti Qabil Mehdiyev, “Azərbaycan idmançıları” ictimai birliyinin baş katibi Fərhad Acalov, Gəncə şəhər gənclər və idman baş idarəsinin rəisi Həmid Nəsirov, Bərdə rayon gənclər və idman idarəsinin rəisi Hikmət Ələkbərov, “Azərbaycan idman könüllüləri” ictimai birliyinin sədri Miraqil Seyidzadə, “Gəncə” idman klubunun prezidenti Elvar Osmanov, xalq artisti Şahnaz Haşımova, jest dili üzrə təlimçi Nuranə Abıyeva, “Yeni Gəncə” qəzetinin baş redaktoru Hicran Məmmədova və könüllülər iştirak ediblər .
Tədbirin əvvəlində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 20 Yanvar hadisələri və 2-ci Qarabağ müharibəsindən bəhs edilib.

Sonra “Azərbaycan idman könüllüləri” ictimai birliyinin “Könüllülük əngəl tanımır” layihəsi çərçivəsində 2-ci Qarabağ savaşında şəhid olmuş Xudayar Yusifzadənin səsləndirdiyi “Vətən yaxşıdır” mahnısının idman könüllüləri tərəfindən jest dili ilə ifası nümayiş olunub.
Layihənin ideya müəllifi Altun Süleymanov və layihənin koordinatoru Ləman İsgəndərli layihənin məqsədi və layihə çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər. Şəhidin qardaşı Məhəmməd Yusifzadə də tədbirdə çıxış edərək Xudayarın xatirələrindən danışdı və layihə üçün minnətdarlığını bildirib.

Həmin kateqoriyadan