- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 160
- İyun 23, 2026
- 0

Beynəlxalq olimpiya komitəsi və Beynəlxalq velosipedçilər ittifaqının dəstəyi, milli olimpiya komitəsi və Azərbaycan velosiped idmanı federasiyasının təşkilatçılığı ilə velosiped məşqçiləri üçün keçirilən texniki kursları bitirmiş məşqçilərə sertifikatlar təqdim edilib.
Allsport.az saytı xəbər verir ki, kursları uğurla başa vuranları təbrik edən AzVİF-in prezidenti Mədət Quliyev, velosiped idmanının inkişafı üçün bacarıqlı məşqçilərə ehtiyac duyulduğunu və bu istiqamətdə onların xidmətlərindən istifadə ediləcəyini qeyd edib.