- Baxış sayı: 87
- 05 Noyabr 2026 12:51
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

90-günlük fəal təbliğat çərçivəsində respublika olimpiya velosiped məktəbinin təşkilatçılığı, velosiped idmanı federasiyası, “Gənc velosipedçilər ” ictimai birliyi və əlil velosipedçilər klubunun dəstəyilə Bakı şəhərində yerləşən lisey və orta təhsil müəssisələrinin şagirdləri arasında «Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları» mövzusunda seminar-təlimlər olub.
Allsport.az saytı xəbər verir ki, layihənin əsas məqsədi tələbə, şagird və valdeynlərin arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və məktəbə yeni-yeni idmançıların cəlb edilməsi idi.
Təşkilatçılar bu işin həyata keçməsində əməyi keçən hər kəsə, özəlliklə, Bakı şəhər təhsil idarəsinə, məktəb direktorları və müəllimlərə dərin təşəkkürlərimizi bildirir. Tezliklə “İDMAN DƏRSİ-VELOSİPEDLƏ” adlı yeni, maraqlı layihəyə start veriləcək.