“Velosiped sür, hərəkətə sən də qoşul” layihəsi Nəsimi rayonundan başlayıb

Respublika olimpiya velosiped məktəbinin təşkilatçılığı, velosiped idmanı federasiyası, “Gənc velosipedçilər” ictimai birliyi və əlil velosipedçilər klubunun dəstəyi ilə 90-günlük aktivlik kampaniyası çərçivəsində paytaxtda yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında “Velosiped sür, hərəkətə sən də qoşul” layihəsi start götürüb.

Allsport.az saytı xəbər verir ki, bu növə marağı daha artırmaq üçün “Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları”mövzusunda seminar-təlimlərə Nəsimi rayonu 5 saylı orta məktəbdə start verilib. Tədbir zamanı məktəbin 200-ə yaxın şagirdi arasında təblığat və təşviqat işləri aparılıb.

Layihənin əsas məqsədi 3 ay ərzində 10.000 nəfərə yaxın tələbə, şagird və valideyn arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və velosiped idmanına axını daha da gücləndirməkdir.

Həmin kateqoriyadan