Velosipedçilərimiz Alanya qran-prisində iştirak etdi

Şose velosipedi üzrə elit/U23 yığmamız beynəlxalq yarışlar mövsümünə start verib. Allsport.az xəbər verir ki, velosipedçilərimiz baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Türkiyədə keçirilən 1.2 kateqoriyalı Alanya qran-prisində mübarizə aparıblar.

Millimiz bir günlük yarışda Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov, Şahin Eyvazov, Nəcəf BağırovƏli Qurbanovdan ibarət heyətlə çıxış edib. Yığmamızın heyətində ən yüksək nəticəyə Musa Mikayılzadə imza atıb. O, 148 km məsafəni qalibdən 1 dəqiqə, 4 saniyə geri qalmaqla 19-cu sırada tamamlayıb.

Velosipedçilərimiz bu gün 1.2 kateqoriyalı 160 km-lik Qazipaşa qran-prisində də çıxış edəcəklər.

Həmin kateqoriyadan