Velosipedçilərimizdən Tokio-2020 üçün daha 45 xal

Türkiyənin Ədirnə şəhərində 1.2 kateqoriyalı “Fateh Sultan Məhməd Qırxlarəli” turu başa çatıb. Allsport.az saytı xəbər verir ki, 130 km-lik marşrutu ilk 3 pillədə başa vuranlar arasında yığmamızın üzvü Samir Cəbrayılov da olub. O, fotofinişə əsasən 2-ci nəticə göstərib. Yeri gəlmişkən, yığmamızın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci yeri tutub.

Beləliklə, Samirin 2-ci, Elçinin isə 5-ci yeri Azərbaycan millisinin hesabına Tokio-2020 oyunları üçün daha 45 xal (30+15) qazandırıb. Bununla da yığma komandamız beynəlxalq velosipedçilər ittifaqının olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə olimpiya reytinqində 114 ölkə arasında 44-cü yerə qalxıb.

Həmin kateqoriyadan