Qoşaçarxçımız Çində 2-ci yeri tutub

Çində 2-ci kateqoriyalı “Tour of Qinghai Lake” yürüşü başa çatıb. Allsport.az saytı xəbər verir ki, 13 mərhələdən ibarət mötəbər yarışın mükafatçıları arasında Azərbaycanın “Synergy Baku” komandasının təmsilçisi də yer alıb.

Yarışın 4-cü və 12-ci mərhələlərində 2-ci olan və son mərhələ öncəsi ümumi təsnifatda 2-ci yerdə qərarlaşan Matey Müqerli 95 km-lik son mərhələdən sonra mövqeyini qorumağı bacarıb.

Bunula da o, yarışın qalibi, Ukraynanın “Kolss” komandasının üzvü Sergey Laqkutiyə 37 saniyə uduzmaqla ümumi təsnifatda 2-ci olub və hesabına 150 UCİ xalı yazıb.

Həmin kateqoriyadan