- Baxış sayı: 24
- 29 İyun 2026 14:20
- Baxış sayı: 92
- İyun 26, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, 25 yaşlı futbolçu meydandan kənarda qazandığı qələbələrin onun üçün daha vacib olduğunu bildirib.
“Mən həmişə deyirəm ki, meydandan kənardakı bu qələbələr meydanda qazandıqlarımdan daha vacibdir. Bu yolla daha çox insana kömək edə bilirəm. Hazırda FIFA və UEFA mənim tərəfimdədir. Əlbəttə, hər şey çox yavaş irəliləyir, amma vacib olan bu dəyişikliklərin davam etməsi və növbəti nəslin irqçilikdən əziyyət çəkməməsidir. Qardaşımın indi 7 yaşı var və ümid edirəm ki, o, bununla üzləşməyəcək.
Mən meydanda böyük işlər görməyə davam etmək istəyirəm. Amma əsas məqsədim, şübhəsiz, gəncləri ruhlandırmaq və mənim qədər güclü səsi olmayan qaradərili insanlar üçün mübarizə aparmaqdır”.