- Baxış sayı: 24
- 21 İyul 2026 23:22
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Azərbaycan voleybol federasiyasının həkimi, beynəlxalq voleybol federasiyasının (FİVB) və Avropa voleybol konfederasiyasının (CEV) tibb komissiyalarının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.
Allsport.az xəbər verir ki, Kazımova çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında iştirak edəcək.
Həmyerlimiz 10-14 sentyabrda İtaliyanın Corigliano Rossano şəhərinə baş tutacaq yarışda CEV-in nümayəndəsi kimi tibb işinin təşkilinə nəzarət edəcək.