Xanım karateçimizdən gümüş medal

14-15 yaşlı yeniyetmələrədən ibarət seçmə komandamızın üzvü Fidan Teymurova (-47 kq) İndoneziyanın paytaxtı Cakartada gənclər və yeniyetmələr arasında 9-cu dünya çempionatın gümüş mükafatını qazanıb. Allsport.az xəbər verir ki, Seymur Xudaverdiyevlə (şəxsi məşqçisi) Anar Allahverdiyevin (14-15 yaşlı yeniyetmələrin böyük məşqçisi) yetirməsi 4 rəqibini böyük hesabla məğlub etdikdən sonra, yalnız finalda misirli idmançı ilə 0:1 hesablı görüşdə qələbəni əldən verib. Bu nəticə həmçinin yeniyetmə gənclər arasında ilk tarixi nəticədir.

Dünya çempionatının təntənəli açılış mərasimində İndonesiya dövlətinin ali rəsmilərindən Gatot Nurmantyo və Dünya Karate Federasiyasının prezidenti Antonio Espinos çıxış edərək perpektivli gənc karateçilərə uğurlar arzulayıb. Bədii hissə yerli ənənələri əks etdirən rəqslərlə, karteçilərin çıxışları və səhnəciklərlə davam etdirilib.

Yeniyetmə və gənc idmançılarımızı dəstəkləmək üçün dünya çempionatına gələn Azərbaycanın İndoneziyada Fövqəladə və Səlahiyyətli Səfiri Tamerlan Qarayev Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovla birgə rəsmi açılış mərasimini də izləyib. Sonra karateçilərlə görüşən Qarayev idmançılarımıza uğurlar arzulayaraq, onlarla xatirə şəkili çəkdirib.

Yarışın ilk günü bir gümüş medalla Azərbaycan mükafat qazana bilən 18 ölkə arasında ümumi hesabda 9-10-cu yerləri bölüşüb. Dünya çempionatı 4 gün davam edəcək. Yarışda 91 ölkədən 1441 karateçi iştirak edir.

Həmin kateqoriyadan