Yelena Pavluxina: Uğur qazanmaq üçün mümkün olan hər şeyi edəcəyəm

Rio Yay Olimpiya Oyunlarında şose velosipedi üzrə qrup yarışında iştirak edəcək Yelena Pavluxina jurnalistlərlə görüşüb. Allsport.az saytı xəbər verir ki, idmançı olimpiya oyunlarına qazandığı lisenziyadan danışıb. O, Avropa Oyunlarında fərdi yarışlarda altıncı yeri tutub, sonra Çex Respublikasında qələbə qazanıb. Çində keçirilən beynəlxalq turnirdə 9-cu yeri tutaraq 149 xalla ən yaxşı 100 velosipedçi sırasına daxil olub.

Qoşaçarxçımızın sözünə görə, Braziliya paytaxtında yürüş iştirakçılarını təqribən 140 kilometr uzunluğunda mürəkkəb “texniki” tras gözləyir. Trasa iki yoxuş və eniş, iki kilometr uzunluğunda dördtin daşlarla döşənmiş yol daxildir. Trekdə döngələr çoxdur. O, jurnalistlərin “Qələbəyə ümidiniz varmı?” sualına cavabında öz gücünə inandığını bildirib və əmin edib ki, yürüşdə müvəffəqiyyət qazanmaq üçün mümkün olan hər şeyi edəcək.

Onun fikrincə, Polşa və Niderland nümayəndələri ən güclü rəqiblərdir. O hesab edir ki, idmançılarımızın Olimpiya yürüşündə iştirakı Azərbaycanda, xüsusən qadınlar arasında velosiped idmanının inkişafına yeni təkan verəcək.

Qeyd edək ki, Braziliyada olimpiya yürüşündə 67 velosipedçinin iştirakı gözlənilir.

Həmin kateqoriyadan