Yeni “Formula Equal”layihəsi

Allsport.az saytı xəbər verir ki, britaniyalı iş adamı və sabiq Formula-1 menecerı Kreyq Pollok yeni layihə hazırlayır. O, CNN telekanalına verdiyi müsahibədə, fikirlərini belə bölüşüb: ”Formula-1 yarışlarında nəyisə gizlətmək mümkün deyil. Bəli biz artıq FİA tərəfinə müraciyyət sənədini göndərmişik. Yeni komandanın hazırlama prosesində artıq 4 il çalışırıq.

Bizim konsepsiyamız gender bərabərliyini qoruyaraq yeni kollektiv yaratmaqdır. Bizim komamdamızda qadın pilotun mübarizə aparmağı möhtəşəm olardı. Bunun üçün müəyyən xallar toplayaraq, FİA-dan Superlisenziya əldə etmək lazımdır. Biz qadınların idmanda olan uğurlarını izləyirik.

Hazırda Fars körfəzi ətrafində yerləşən ölkələrdən biri ilə danışıqlar aparırıq. Gələcəkdə ilk olaraq, Avropada yerləşməyən komanda yaratmaq istəyirik. Məqsədimiz onlarilə uzumüddətli əməkdaşlıqdır. Qadınların avtoidmanda yüksək səviyyəli gələcəyəni təmin etmək niyyətindəyik”.

Həmin kateqoriyadan