Yeniyetmə reqbiçilərin 8 Noyabr turniri

Oktyabrın 30-dan noyabrın 2-dək reqbi-7 üzrə Gəncə kuboku keçiriləcək.

Allsport.az xəbər verir ki, 8 Noyabr – Zəfər gününə həsr olunacaq yarış gənclər və idman nazirliyinin dəstəyi, Azərbaycan reqbi federasiyası, Gəncə şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə şəhər stadionunda baş tutacaq.

Turnirdə 2005-2006-cı il təvəllüdlü reqbiçilər mükafatlar uğrunda mübarizə aparacaqlar.

Yarışda, ümumilikdə 11 komandanın iştirakı planlaşdırılıb. Mükafatçılara kubok, diplom və medallar veriləcək.

Həmin kateqoriyadan