Yeniyetmə və gənc qoşaçarxşılarımızın Türkiyə uğuru

Şosse velosipedi üzrə yeniyetmə və gənclərdən ibarət milli komandalarımız Ordu şəhərində Türkiyə birincilitində uğurla çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi ilə qardaş ölkədə 9 oğlan və 1 qız velosipedçimiz mübarizə aparıb.
 
Yeniyetmə qızların 15 km məsafəyə kriterium ötüşməsində yeganə qız idmançımız Viktoriya Sidorenko fərqlənib. O, bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, idmançımız ilk yarış günündə 40 km məsafəyə qrup ötüşməsində finişi 2-ci keçmişdi.
 
Heyəti Nəcəf Bağırov, Xankişi İsgəndərov, Qadir Mustafayev, Şahin Eyvazov, Əli Qurbanov və Mahmud Məmmədovdan ibarət olan gənclər yığmamız isə qrup və kriterium ötüşmələrinin yekunu olaraq komanda hesabında 3-cü olublar.

Həmin kateqoriyadan