Yusuke Haseqava: “Honda” Bakıya yenilənmiş motorla gəlir

“Honda” şirkətinin avtonəqliyyat bölməsinin rəhbəri “Maklaren”ə Azərbaycan qran-prisində güc qurğusunda bəzi yeniliklər olacağını vəd edib. Allsport.az saytı xəbər verir ki, Yusuke Haseqava bu barədə bunu deyib:

“Bakıda daxili yanma mühərrikində (DYM) bəzi yeniliklər olacaq. Bunu mühərrikin üçüncü spesifikasiyası adlandırıb-adlandırmayacağımızı bilmirəm. Amma biz mütləq müəyyən yeniliklər edəcəyik. Hətta müvəqqəti olsa da.

Ancaq əgər siz DYM-ni yaxşılaşdırırsınızsa, onda işlənmiş qazların temperaturu azalır və bu da turbindən və “MGU-H”dan əldə olunan enerjinin azalmasına gətirib çıxarır. Vəziyyət düşündüyünüzdən daha mürəkkəbdir”.

Həmin kateqoriyadan