“Əminəm ki, idmanda növbəti nailiyyətləri əldə edə bilərik”

“Ölkə prezidenti İlham Əliyevin gənclər və idman nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad, mənim üçün böyük şərəfdir”.

Allsport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov feysbuk səhifəsində yazıb.

“Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik. Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm”, – nazir vurğulayıb.

O, sentyabrın 7-də gənclər və idman naziri təyin edilib.

Həmin kateqoriyadan