- Baxış sayı: 65
- 20 Fevral 2024 10:45
- Baxış sayı: 73
- Mart 17, 2024
- 0
“Audi” və “Porşe” brendləri Formula-1 yarışına geri qayıdır. Allsport.az saytı xəbər verir ki, hər 2 məşhur avtomobil markasının gəlişi 2026-cı ildə nəzərdə tutulur.
“Porşe” şirkəti “Red Bull” ilə danışıqlar aparır və komandanı güc qurğusu ilə təchiz etməkdə maraqlıdır. “Audi”nin potensial tərəfdaşları arasında isə 3 komanda var: ” Maklaren, Zauber və Aston Martin”.
Bununla yanaşı, “Audi” markasının təchizatçı olmaqla kifayətlənməcəyi, yuxarıda adı çəkilən komandalardan birini alaraq çempionata qatılmaq niyyətində olduğu bildirilir.
Aynur MEHDİYEVA