61 milyonluq turnirin qalibi oldu

Avstraliya açıq çempionatının qalibi məlum olub. Allsport.az xəbər verir ki, kişilər arasında keçirilən final qarşılaşmasında Novak Cokoviç Rusiya tennisçisi Daniil Medvedev ilə qarşılaşıb.

Matç serbiyalı tennisçinin qələbəsi ilə başa çatıb (7:5, 6:2, 6:2). Bununla da Cokoviç 9-cu dəfə turnirin qalibi olub.

Turnirin ümumi mükafat fondu 61 milyon dollar təşkil edib.

Qadınların yarışında isə yaponiyalı Naomi Osaka qalib olub.

Həmin kateqoriyadan