“Mersedes”dən ardıcıl 2-ci dubl

Formula-1 üzrə Yaponiya mükafat yarışının qalibi müəyyənləşib. Allsport.az saytının məlumatına görə, 53 dövrəlik mübarizənin yekununda finiş xəttini “Mersedes” sürücüsü Lüis Həmilton 1-ci keçib (1 saat 27:17.062). Maraqlıdır ki, dünya çempionatının 16-cı mərhələsində, Socidə olduğu kimi, burada da onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas 2-ci olub. “Red Bull”un pilotu Maks Ferstappen 3-cü çatıb.

Britaniyalı idmançı karyerasında 71-ci, “Mersedes”də 50-ci dəfə qələbəsibi bayram edib. Ünumi sıralamada Lüis 331 xalla 1-ci pillədə yerini bir qədər də möhkəmlənib. Bu dəfə 6-cı yerlə kifayətlənən “Ferrari”nin almaniyalı sürücüsü Sebastyan Fettel 264 xalla 2-ci, Valtteri Bottas 207 xalla 3-cüdür.

Mühəndislər kubokunda “Mersedes” 538 xalla 1-ci, “Ferrari” 460 xalla ikinci, “Red Bull”  319 xalla 3-cü sıradadır. Qeyd edək ki, növbəti qran pri 19-21 oktyabrda ABŞ-da keçiriləcək.

Həmin kateqoriyadan