- Baxış sayı: 93
- 12 İyun 2026 15:59
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

“Təhsil” RİM-in 8 nömrəli uşaq-gənclər idman məktəbində “Antidopinq dəyərləri” adlı seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, məşğələdə müxtəlif idman növləri üzrə azyaşlı və yeniyetmə idmançılar iştirak edib.
İdmançılara dopinq nəzarəti, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında təqdimat edilib. Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən gənc və yeniyetmə idmançılar sonra, antidopinq haqqında biliklərini test vasitəsilə yoxlayıblar.