“Adətən, belə hallarda nə edəcəyimizi bilirik”

Allsport.az saytı xəbər verir ki, “Alpin” komandasının fransalı sürücüsü keçən yarışda cərimələnib. Bəhreyn qran prisində pilot 3 dəfə cəzalanıb. Əvvəlcə start mərhələsində etdiyi səhvə görə 5, sonra ilk penaltiyə riayət etmədiyi üçün 10, sonunda isə pit leyn xəttində sürəti aşdığı üçün daha 5 saniyə cəzalanıb. Esteban Okon bu haqda belə deyib:

”Biz Bəhreyndə edilən səhvlərdən məyüsuq. Adətən, belə hallarda nə edəcəyimizi bilirik, lakin bu dəfə alınmadı. Mən FİA stuardları ilə ğörüşdüm. Məsələni aydınlaşdırdıq. Təssüf ki, muasir Formula-1 bolidinin sükan arxasında trasın işarələrini yaxşı görmürüsünüz.

Mən müəyyəm istiqamətə reayyət etdim. Başa düşürəm ki, bu problemin həllini tapmalıyam. Bizim əsas məqsədimiz bu həftə xal qazanmaqdır. Növbəti mərhələni uğurla başa vurmağ hədəfindəyik”.

Həmin kateqoriyadan