- Baxış sayı: 344
- 11 İyul 2025 12:59
- Baxış sayı: 138
- İyul 20, 2025
- 0
Moldovada təşkil olunan “Billie Jean King Cup” tennis turnirində Azərbaycan idmançılarnın mübarizəsi davam edir.
Allsport.az xəbər verir ki, milli komanda bu gün Albaniya tennisçiləri ilə mübarizdə qələbə qazanıb. İlk oyunda Lalə Eyvazova rəqibi Guli Anaterzanı 2-1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub: 2-0. Albaniyalılar qoşa mübarizədən imtina etdiklərinə görə, qərara əsasən milli yekunda 3-0 hesablı qələbə qazanıb.