“Alpine” komandasının sürücüləri Bakı halqasında çıxışlarından razı qalıblar

“Alpine” komandasının sürücüləri Fernando AlonsoEsteban Okon, Azərbaycan qran-prisi ilə təəssüratlarını bölüşüblər. Allsport.az saytı xəbər verir ki, istər ispaniyalı, istərsə də fransalı, qazanılan xalların çox böyük sayı ilə fəxr edə bilməzlər.

Amma onların hər biri start götürdükləri ilə müqayisədə, daha yuxarı nəticə ilə finiş edib: startda 12-ci mövqedə olan Esteban 10-cu yeri tutub, Fernando isə Bakıda yürüşü 10-cu başlayaraq, 7-ci başa vurub.

“Bu yürüş çətin idi, belə ki, ikiqat xal qazanılan finiş – çox pozitiv nəticədir. Biz Bakını yaxşı əhval-ruhiyyə ilə tərk edirik və Kanadada növbəti mərhələni səbirsizliklə gözləyirik”, – deyə Okon bildirib.

Öz növbəsində Alonso deyib: “Yürüş çətin idi, lakin biz onun öhdəsindən yaxşı gəldik. Mən 7-ci yerdən razıyam. Biz indi çox sıx qrupdayıq və Kanadada mübarizənin davamını gözləyirik”.

Həmin kateqoriyadan