AMADA paralimpiyaçılar üçün maarifləndirici seminar keçib

Milli paralimpiya komitəsində idmana yeni cəlb edilən paralimpiyaçılar üçün Azərbaycan milli antidopinq agentliyinin əməkdaşları tərəfindən maarifləndirici seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, məşğələdə paralimpiya idman növləri ilə məşğul olacaq müxtəlif dərəcəli əlilliyi olan şəxslər, o cümlədən Vətən müharibəsi qaziləri, komitənin idman şöbəsinin mütəxəssisi Saday Abdullayev, AMADA-nın təhsil şöbəsinin müdiri Lalə Hacıyeva, təhsil proqramları üzrə menecer Qüdrət Səfərov, rəqəmsal marketinq üzrə menecer Anar Abdullayev iştirak ediblər.

İdmançılara dopinq nəzarəti prosesi, qadağan edilmiş siyahı və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Antidopinq qaydalarına riayət etməsi üçün AMPK və AMADA mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir.

Həmin kateqoriyadan