Avstraliya qran-prisi: Lekler – Peres – Rassell

Avstraliyada Formula-1 üzrə dünya çempionatında 3-cü mərhələ bitib. Allsport.az saytı xəbər verir ki, komandalar 5303-metrlik Melbrun trasında 58 dövrə vurublar.

“Albert park”da əsas yarış günü də Şarl Lekler fərqlənib. “Ferrari”nin sürücüsü 1 saat 27:46.548 nəticə ilə qalib olub. “Red Bul”un pilotu Serxio Peres ondan 20.524 saniyə geri qalıb.

Fəxri kürüsünün 3-cü pilləsində “Mersedes”dən Corc Rassell qərarlaşıb. O, Almaniya komandasında ilk uğurunu qazanıb.

Növbəti ötüşmə 2 həftə sonra Emiliya-Romanyada (İtaliya) olacaq. Komandalar 4909-metrlik İmola trasında 58 dövrə vuracaqlar.

Həmin kateqoriyadan