“Avstriya qran prisi azarkeşlərə sürətli yarış vəd edir”

Allsport.az saytı xəbər verir ki, Formula-1 çempionatının icraçı rəhbəri Stefano Domenikali müqaviləsi yeni uzadılan Avstriya yarışı haqqında danışıb. O, fikrini belə bölüşüb:

”Avstriya qran prisi azarkeşlərə sürətli yarış vəd edir. “Red Bull” komandasının trasına 2027-ci gədər gələcəyimizə şadam.Bu il Şpilberq yarışının qayıtmasının 10-illik yubileyini qeyd edirik.

Müqavilənin uzadılmasında əməyi olan hər kəsə minnətdaram. Mərhum Ditrix Mateşitsə bizim yarışlara verdiyi sevgi və tövhə üçün ona dərindən minnətdaram. Bunun hamısı Avstriya mərhələsinin uğurlu olmasına səbəb oldu”.

Həmin kateqoriyadan