Avstriya qran-prisi: Lekler-Ferstappen-Həmilton

Formula-1 Avstriya mükafat yarışı sona yetib. Allsport.az saytı xəbər verir ki, dünya çempionatının 11-ci mərhələsində Şpilberq trasında “Ferrari“dən Şarl Lekler finişə 1-ci çatıb. Monakolu sürücü 1 saat 24:24.312 saniyə sərf edib.

Ondan sonra həlledici xəttə Maks Ferstappen (“Red Bul“) çatıb. İlk üçlüyü “Mersedes“dən komandasının öncülü Lüis Həmilton qapayıb.

Növbəti ötüşmə 2 həftə sonra Fransanın Pol Pikar avtodromunda olacaq. Pilotlar 5842 metrlik trasda 53 dövrə vuracaqlar.

Həmin kateqoriyadan