Uşaqlar üçün xüsusi əyləncəli zona yaradılıb

Formula-1 Azərbaycan qran-prisinin tərəfdarları tribunalara qayıdır. Allsport.az saytı xəbər verir ki, məşhur avtoidman yarışı pandemiya səbəbindən 2020-ci ildə təxirə salınıb, ötən il isə azarkeşlərin iştirakı olmadan baş tutmuşdu. Sürət azarkeşlərinin səbirsizliklə gözlədiyi Bakı şəhər halqasının həyəcanını bu il birbaşa tribunadan yaşamaq mümkün olacaq.

Hər il olduğu kimi, bu il də bilet sahibləri dənizkənarı milli park ərazisində əyləncə proqramlarına qatıla biləcəklər. Balaca azarkeşlər də darıxmayacaq. Uşaqlar və yeniyetmələr üçün xüsusi ayrılmış “Game Park” onların ürəyincə olacaq. “Game Park”da ekstremal əyləncələr olacaq.

Zonada “Upside down”, “Climbing wall”, “Helmet bouncy castle”, “Trampoline”, “Have a ride” və “Roll it” əyləncə proqramları təqdim olunacaq.

İyunun 10-12-də keçiriləcək Azərbaycan qran-prisi üçün hazırlıqlar plana uyğun davam edir.

Həmin kateqoriyadan