Azərbaycan mükafat yarışının açılış mərasimi oldu

İyunun 12-də Bakı şəhər halqasında Formula-1 üzrə dünya çempionatının 8-ci mərhələsi çərçivəsində Azərbaycan mükafat yarışının əsas yarışı başladı.

Allsport.az saytı xəbər verir ki, ötüşmədən öncə açılış mərasimi oldu. “Lumineux” vokal xor ansamblı dövlət himnini ifa etdi. Bu zaman “SOS uşaq kəndləri Azərbaycan” təşkilatı tərəfindən qayğı göstərilən, valideyn himayəsindən məhrum uşaqlar əllərində sürücülərin şəkilləri olan lövhələr tutdular.

Uşaqların Bakı şəhər halqası əməliyyat şirkətinin növbəti sosial məsuliyyət yönümlü fəaliyyətində iştirakı böyük maraqla qarşılanıb. 1999-cu ildə yaradılmış “SOS uşaq kəndləri Azərbaycan” təşkilatı valideyn himayəsindən məhrum uşaqlar üçün ailələr yaratmaqla onlara öz gələcəklərini qurmaqda kömək edir.

Həmin kateqoriyadan