Azərbaycan qran-prisinə 2 ay qalıb. Yarışın gedişində müxtəlif əyləncə proqramları nəzərdə tutulub

Formula-1 Azərbaycan qran-prisinin başlamasına 2 ay qalıb. Allsport.az saytı xəbər verir ki, iyunun 10-12-də Bakının mərkəzi dar küçələrində azarkeşlər möhtəşəm həyəcan yaşayacaq.

Ötən il pandemiya səbəbindən tamaşaçısız keçirilən mükafat yarışını bu dəfə yenidən canlı izləmək imkanı olacaq. Bilet satışı fevralın 22-də start götürüb və daha çox Azərbaycan, ABŞ, Böyük Britaniya, Niderland və digər Avropa ölkələrindən olan azarkeşlər tərəfindən alınır.

Pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə axşam konsert proqramı nəzərdə tutulmasa da, ötən illərdə olduğu kimi, bu il də bir qədər fərqli, müxtəlif əyləncə proqramları təşkil olunacaq.

2016-cı ildə Formula-1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə ən coşqulu, dinamik və gözlənilməz nəticələr təqdim edərək geniş tamaşaçı kütləsi və pilotların sevimlisinə çevrilib.

Həmin kateqoriyadan