Azərbaycanlı pilot Heres trekinin “EuroFormula Open” mərhələsində qüvvəsini sınayacaq

“Campos Racing” komandasında iştirak edən azərbaycanlı pilot Gülhüseyn Abdullayev İspaniyanın Heres trekində keçiriləcək beynəlxalq seriyalı “EuroFormula Open” yarışlarının növbəti mərhələsində mübarizə aparacaq.

Allsport.az saytı xəbər verir ki, bu mərhələ mövsüm üzrə çempionluq uğrunda mübarizənin yeddinci yarışı olacaq. Hazırda təmsilçimiz çempionatda iştirak edən 28 pilot arasında 24-cü yerdədir. Onun yarışlarda ən yaxşı göstəricisi Montsa trekində qazandığı 15-ci yerdir.

Həmin kateqoriyadan