Bakı Formula-1 Avropa-qran-prisi ABŞ-ın idman kanallarının diqqətində

Bakıda keçirilən Formula-1 Avropa qran-pri yarışı okeanın o tayında da diqqətidən kənarda qalmayıb. Allsport.az saytının məlumatına görə, ABŞ-dakı Azərbaycan icmasının üzvləri Avropa qran-prisinə məşhur NBC kanalı vasitəsilə baxmaq üçün ölkəmizin Vaşinqtondakı səfirliyində toplaşıblar.

Səfirliyin müşaviri Məmməd Talıbov bildirib ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycanda Formula-1 yarışının keçirilməsi onun əsl idman ölkəsi olduğunu bir daha sübut edir. Azərbaycan dünyada idman mərkəzi kimi şöhrət qazanan müasir Avropa ölkəsi kimi tanınır.

Deyilib ki, yüksək səviyyədə təşkil edilən bu idman yarışını dünyada yüz milyonlarla tamaşaçı izləyir. O, yarış çərçivəsində müxtəlif əlavə tədbirlərin keçirildiyini, dünya şöhrətli musiqiçilərin konsert verdiklərini də diqqətə çatdırıb. Diplomat vurğulayıb ki, bu yarış tarixə Azərbaycanın qazandığı yeni bir uğur kimi düşəcək.

Həmin kateqoriyadan