Bakı kubokunda 2-ci mərhələ

Respublika velotrekində 3 gün ərzində trek yarışında bütün yaş kateqoriyaları üzrə ümumilikdə 68 velosipedçi mübarizə aparıb. Allsport.az saytı xəbər verir ki, qadınlar arasında QİT-500 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Viktoriya Sidorenko (ROEQİUGVM), 2 km məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Radha Şabanova (ROEQİUGVM) 1-ci yer tutublar.

17 yaşadək oğlanlarda QİT-1000 metr yarışı və 30 dairədən ibarət xallar üzrə qrup ötüşməsində Ravi Rzayev (ROEQİUGVM), 2 km məsafəyə təqiblə fərdi ötüşmə növündə isə Tural İsrafilov (ROEQİUGVM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Gənclər, elit/U23 yaş kateqoriyasında QİT-100 metr yarışı, 50 dairədən ibarət xallar üzrə qrup ötüşməsi və 3 km məsafəyə təqiblə fərdi ötüşmə növlərində Musa Mikayılzadə bütün rəqiblərindən üstün olub.

Yarışda ilk 3 yeri tutmuş idmançılara medal və diplom təqdim edilib.

Həmin kateqoriyadan