Bakı Şəhər Halqasından nəqliyyatın hərəkəti ilə bağlı açıqlama

Ölkəmizdə formula-1-in təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyunda paytaxtda keçiriləcək Azərbaycan qran-prisi ilə bağlı hazırlıq işlərini davam etdirir. Allsport.az saytı xəbər verir ki, bu gündən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinə start verilir.

Trekin Xəqani küçəsinin Puşkin və Bülbül küçələri ilə olan kəsişmələri arasındakı hissəsində martın 27-dən 31-dək hər gün gecə saatlarında, saat 22:00-dan səhər saat 06:00-dək, baryer quraşdırma işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində həmin ərazidə avtomobilləri saxlamamaq xahiş olunur. BŞH müvəqqəti narahatlığa görə vətəndaşlarımızdan üzr istəyir, göstərəcəyiniz anlayışa və dəstəyə görə əvvəlcədən təşəkkür edir.

Həmin kateqoriyadan