“Bakı sakinlərinin rahatlığı üçün yollarda gərginliyin azaldılmasında yenə zəruri addımlar atılacaq”

“Bakı sakinlərinin rahatlığı üçün yollarda gərginliyin azaldılmasında yenə zəruri addımlar atılacaq”

Bakı şəhər halqasına aid olan küçə və prospektlərdə azarkeşlərinin və işçi heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə quraşdırılmış 3500-dən çox beton sədd artıq yığışdırılıb. Allsport.az saytı xəbər verir ki, bununla Azərbaycan qran-prisinin keçirildiyi son 6 ildə, yollar, bir həftə olmaqla, ən qısa zaman müddətində bərpa edilərək, nəqliyyatın tam hərəkəti üçün hazır vəziyyətə gətirilib.

“Formula-1 ərzində nəqliyyatın hərəkətindəki məhdudiyyətlə əlaqədar göstərdikləri anlayışa görə şəhər sakinlərinə və sürücülərə təşəkkürümüzü bildiririk. Onların rahatlığının təmin olunması və yollardakı gərginliyin minimuma çatdırılması istiqamətində növbəti illərdə də zəruri addımlar atılacaq”, – Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı dirktoru Arif Rəhimov deyib.

Həmin kateqoriyadan