Bakıda beynəlxalq tennis turniri

Azərbaycan tennis federasiyasının təşkilatçılığı ilə Bakı tennis akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib.

Allsport.az xəbər verir ki, hər il ənənəvi olaraq təşkil edilən yarışda bu dəfə 17 ölkənin 18 yaşlı idmançıları mübarizə aparıblar.

Yerli tennisçilərlə yanaşı turnirdə Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, Ukrayna, Belarus, Qazaxıstan, Rumıniya və digər ölkələrdən olan idmançılar çıxış ediblər. Turnirdə ümumilikdə 28 oğlan və 24 qız çıxış edib.

Təmsilçimiz Tamerlan Əzizov inamlı oyunu ilə diqqət çəkib. O, finalda rusiyalı Qriqori Şebekinə qalib gələrək çempion olub.

Həmin kateqoriyadan