- Baxış sayı: 73
- 04 Noyabr 2026 14:24
- Baxış sayı: 380
- Noyabr 09, 2026
- 0

Tatarıstanın paytaxtı Qazanda keçirilən I MDB oyunlarında Azərbaycan daha bir medal qazanıb.
Allsport.az xəbər verir ki, basketbolun 3X3 növündə çıxış edən milli bürünc medala sahib olub. Yarımfinalda Rusiyaya 17:21 hesabı ilə uduzan baş məşqçi Samit Nuruzadənin komandası 3-cü yer uğrunda görüşdə Özbəkistan üzərində qələbə qazanıb – 14:13.
Bununla da Azərbaycanın qazandığı medalların sayı 26-ya yüksəlib. Onlardan 7-si qızıl, 5-i gümüş, 14-ü bürünc əyarlıdır.