Basketboldan kənarda da çempion

Basketboldan kənarda da çempion

NBA ulduzu Nikola Yokiç bu dəfə basketbol meydançasında deyil, at yarışında uğur qazanıb.

Apasport.az xəbər verir ki, “Denver Naqqets”in serbiyalı mərkəz oyunçusuna məxsus at Serbiyanın ən nüfuzlu qoşqu yarışında çempion olub.

Subotitsa şəhərində keçirilən yarışdan sonra Yokiç qələbə sevincini gizlətməyib və ənənəyə uyğun olaraq şampanla isladılıb.

Serbiyalı basketbolçu doğma Sombor şəhərində “Drim çatçer” adlı atçılıq təsərrüfatına sahibdir və uzun illərdir atçılığa böyük maraq göstərir.

Yokiç 2025/26 mövsümündə “Denver Naqqets”in heyətində 71 oyunda orta hesabla 27,5 xal, 12,9 ribaund və 10,6 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan