“Belə sürətli maşın görməmişəm”

Allsport.az saytı xəbər verir ki, “Mersedes”in pilotu Lüis Həmilton Ciddə yarışından sonra açıqlama verib. O, “Red Bul” komandasının bolidini çox sürərli olduğunu deyib:

”Mən heç vaxt belə performanslı bolid görməmişəm. “Red Bul” kollektivi çox sürətlidir, xüsüsən də digər komandalar ilə müqayisədə. Biz əvvəllər ön sıralarda olsaqda, belə sürətli olmamışıq. Maks Ferstappen məni ötməyi bacardı.

Mən heç ona müqavimət göstərə bilmədim. Bolidlərimiz arasında çox böyük fərq var. Hazırda V-14 modelinin texniki problemləri bizə mane olur. Mən əzimlə çalışaraq , gələn mövsüm daha yaxşı bolidi idarə etmək üçün əlimdən gələni əsirgəməyəcəm”.

Həmin kateqoriyadan