Berni Ekklstoun: “Lüis “cəngavər” olmamalıdır”

Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun 6 qat dünya çempionu Lüis Həmiltona Böyük Britaniyanın “cəngavər” ordeninin verilməsininin doğru qərar olmaycağını deyib.

Allsport.az xəbər verir ki, 89 yaşlı funksioner 20 il öncə “cəngavər” ordeni ilə təltif oluna biləcəyini, amma bundan imtina etiyini deyib. O, “cəngavər”ə layiq olmadığımı düşündüyünü və fəaliyyəti ilə ölkəsinə fayda vermədiyini bildirib:

“Bəlkə də, Böyük Britaniyaya xeyir vermişəm, amma bunu istəməyərəkdən etmişəm. Həmilton da ölkəmizə nəsə xeyir verə bilər, amma o gördüyü işi Britaniyaya görə etmir. Sadəcə sevdiyi işi görür. Halbuki ölkəmizə fayda vermək istəyən o qədər insan var ki, onlar maddi mənada bunun heç bir qarşılığını görmür”.

Həmin kateqoriyadan