“Bir-birimizdən şübhələnməyə səbəbimiz yoxdur”

Allsport.az saytı xəbər verir ki, “Mersedes” komandasının rəhbəri Toto Volf, bu günlərdə Lüis Həmilton haqqında danışıb. O, yenə sürücünün mümkün gedişindən bəhs edib: ”Mən şayiələr ilə maraqlanmıram, amma Lüis və Corc ilə hazırkı münasibətimiz yaxşıdır.Vacib məsələlər olanda, bəzi danışıqları masa arxasında həll edirik. Lüisin “Mercedes”i tərk edəcəyini düşünmürəm.

Biz bir-birimizə tam etibar edirik. Bu illər ərzində çox güclü bağ qurmuşuq. Çempionatın çətin başlamasına baxmayaraq, bir-birimizdən şübhələnməyə səbəbimiz yoxdur. Uğursuzluqların bitəcəyini və əvvəlki formaya qayıdacağımızı səbirsizliklə gözləyirəm. Yarışlarda qalib gələn və titullar qazanan sürücünün potensialına uyğun bolidi olmalıdır.

Növbəti və ya iki il ərzində inkişaf edə bilməsək, karyerasını başqa yerdə davam etdirməyi düşünəcək. Hazırda digər komandalar ilə danışıqlar apardığını düşünmürəm.Uğursuzluq 2 ildən sonra da davam etsə, vəziyyət dəyişəcək”.

Həmin kateqoriyadan