“Bolidin sirkələnməsi artıq bərpa olunub”

Allsport.az saytı xəbər verir ki, “Mersedes”in sürücüsü bir sıra mühüm qərarlar qəbul etməyə hazır olduqlarını açıqlayıb. Texniki dəyişikliklər yalnız bir neçə yarış sonra, təkmilləşəcək. Sitat: ”Kollektivin əhval-ruhiyyəsi yüksəkdir. Bəhreyn yarışından sonra, xoşagəlməz anlar yaşadıq. Düşünürəm ki, komanda tez güc toplayaraq, problemlərin həllini tapmağa başlayıb.

Bolidin sirkələnməsi artıq bərpa olunub. Hələ ki lazım olan nəticəni qazana bilməmişik. İrəliləyişin nə vaxt özünü büruzə verəcəyini dəqiq demək mümkün deyil. Bu bizim rəqiblərimizin inkişaf sürətindən asılıdır. Aydındır kı, bir neçə yarış ərzində nəticə əldə edə biləcəyik”.

Həmin kateqoriyadan