- Baxış sayı: 54
- 15 Oktyabr 2026 16:03
- Baxış sayı: 212
- Oktyabr 14, 2026
- 0

Bu gün Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat üzrə turnirə start verilib.
Allsport.az saytı xəbər verir ki, tədbirdə BŞBPİ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Əli Vəliyev, BŞGİBİ-nin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov yarış iştirakçılarını salamlayıb, onlara müvəffəqiyyətlər arzulayıb.
Onu da qeyd edək ki, keçirilən şahmat turniri şəxsi və komanda xarakteri daşıyır. 9 turdan ibarət İsveçrə sistemi üzrə keçirilən turnirdə 13 komanda tərkibində 48 nəfər polis əməkdaşı iştirak edir. Yarışların baş hakimi respublika dərəcəli hakim Cavançir Bağırovdur.