- Baxış sayı: 80
- 12 İyul 2026 21:58
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Fəvvarələr meydanında “Gimnastika hamı üçün” növü üzrə 4-cü Bakı beynəlxalq festivalı keçirildi. Allsport.az saytı xəbər verir ki, tədbirin ilk günündə AGF-in baş katibi Nurlanə Məmmədzadə ayaqüstü KİV-ə açıqlama verdi:
“Bu bayram ovqatı artıq ənənə halını alıb. Son festivalda Türkiyə, Gürcüstan və Litva komandaları da yer alıb. Uqanda və Syerre Leone öz çıxışlarını görüntü vasitəsilə təqdim edəcək. “Gimnastika hamı üçün” yarış növü deyil.
Bu gün biz Fəvvarələr meydanında gimnastika növünün ən gözəl tərəflərindən birini nümayış etdiririk. “Gimnastika hamı üçün” mötəbər yarışlarla yanaşı, qeyri-olimpiya sahəsində də öz yerini tutur və bu növ yaşından asılı olmayaraq hər bir şəxs üçün açıqdır.
Həftə sonu, yay fəslində – insanların istirahət etdiyi dövrdə bu festivalının təşkili bir daha sübut edir ki, gimnastika hamı üçündür. Bu, bir çağırışdır – hamını müasir həyatda sağlam qidalanmaya və hərəkət etməyə yönəldir. Bu, böyük hərəkatdır. Hər kəsi gimnastika ilə məşğul olmağa dəvət edirəm. Çünki həqiqətən idman gimnastikadan başlayır”.