Bu gün düşərgə zolağında gəzinti olacaq

Formula-1 Azərbaycan qran-prisi çərçivəsində bu gün saat 12:00-dan 13:30-dək pit zolağında gəzinti olacaq.

Allsport.az saytı xəbər verir ki, yarışın ən maraqlı hissələrindən sayılan bu zonada gəzintisi 2 saata yaxın davam edəcək. Burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.

Yalnız üçgünlük bileti olan tamaşaçılar düşərgə zolağı gəzintisində iştirak edə biləcəklər.
Azərbaycan mükafat tarışı iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Həmin kateqoriyadan