Çempionatın gəliri 20 faiz artıb

Formula-1 yarışlarının əsas səhmdarı olan “Liberty Media”2022-ci ilin yekunu olaraq çempionatın maliyyə nəticələrini elan edib. Allsport.az saytı xəbər verir ki, promouterlərin,yayımçıların, sponsorların eləcə də azarkeşlərin sayının artması, rəhbərliyin ümumi gəlirini 2021-ci illə müqayisədə 20% artdığını açıqlayıb. Ötən il promouterlər 28,6%, televiziya şirkətləri 36,4%, sponsorlardan isə 16,9% gəlir gəlib.

Yekun nəticə olaraq, ötən ilin ümumi gəliri 2021-ci ilə nisbətən 20% artıq olub. Bu məbləğ isə nə az nə çox 2,573 milyard dollar təşkil edir. Çempionatının baş icraçı direktoru Stefano Domenikali fikrini belə bölüşüb:

“Formula-1 dünya çempionatı 2022-ci ildə rekord nəticələ ilə ən çox ziyarət olunan mövsüm keçirib. Pərəstişkarlarəmızı yüksək keyfiyyətli yayımlarımız ilə təkmilləşdirilmiş F1-TV tərəfindən cəlb etməyə davam edirik. Bizim qlobal əhatə dairəsimiz “Audi” və “Ford” kimi avtomobil istehsalçılarını 2026-cı ildə yarışlara qoşulmağa cəlb edib. Əminik ki, onların gəlişi idmanımıza ciddi fayda verəcək. O, cümlədən çoxdan gözlənilən və ilk dəfə keçiriləcək Las Veqas qran prisini“.

Həmin kateqoriyadan