Çeyz Keri formula1-ə iki istehsalçı gətirir

İspaniyanın “Marca” nəşrində maraqlı məqalə dərc olunub. Allsport.az saytı xəbər verir ki, formula1-in yeni rəhbəri Le Mana təkcə 24 saatlıq marafonu izləmək üçün getməyib. 24 saatlıq yürüşü Çeyz Keri başlatmışdı. “AS” qəzetinin iddiasına görə, “Liberti Media”nın başçısının məqsədi təkcə bu olmayıb. Xəbərdə yazılıb ki, Le Mana “Maklaren Group”un rəhbəri Zek Braunla idman direktoru Erik Bulye də gediblər.

Keri “Toyota”nın və “Porşe”nin idarəçiləri ilə görüşərək, 2021-ci ildəki mühərrik reqlamenti barədə məlumat verib. Danışıqlarda ucuz, bəsit və yüksək səsli mühərriklərlə bağlı məlumatlar verilib. Bu şirkətlərdən Keriyə mənfi cavab gəlməyib.

F-1.az xatırladır ki, bəzi iddialara əsasən, Zek Braun və Erik Bulye Porsche və Toyota ilə yeni mühərrik müqaviləsi barədə danışıqlar aparıblar. “Honda”dan əlini üzən “Maklaren” yeni mühərriklərin gələcəyi 2021-ci ilə qədər “Mersedes” və ya “Renault” ilə yarışdıqdan sonra, “Porşe” və ya “Toyota” mühərriklərindən birinə keçə bilər. “Maklaren” bu müqaviləyə Fernnado Alonsonu daxil etməklə, ispaniyalı sürücünün gələn il 24 saatlıq Le Man yarışında iştirakına icazə verəcək…

Həmin kateqoriyadan